Ancelottidən taktika dəyişikliyi

“Real Madrid”in italiyalı baş məşqçisi Karlo Ancelottinin taktiki sxemdə bəzi dəyişikliklərə gedəcəyi gözlənilir.

Sportline.az “Marca” qəzetinə istinadən xəbər verir ki, Ancelottinin 4-4-2 sxeminə keçəcəyi iddia olunur.

Təcrübəli baş məşqçinin yaxın zamanda 4-lü yarımmüdafiə xətti quracağı bildirilir.

Madridlilər əsasən səfər oyunları və böyük matçlarda bu sxemlə oynacaqlar.

 Qeyd edək ki, “Real Madrid” İspaniya Çempionatında 11 xalla 2-ci pillədə qərarlaşır.