Andrea Pirlodan "Beşiktaş" açıqlaması

"Fatih Karagümrük" klubunun baş məşqçisi Andrea Pirlonun yeni mövsümdə "Beşiktaş"ı çalışdıracağı gözlənilir.

Sportline.az xəbər verir ki, İtaliyanın ən nüfuzlu qəzetlərindən olan "La Gazetta dello Sport"a danışan mütəxəssis bununla bağlı açıqlamasında İstanbul təmsilçisindən təklif aldığını etiraf edib. 

43 yaşlı məşqçi hazırda bütün diqqətini "Fatih Karagümrük"dəki fəaliyyətinə yönəltdiyini, yeni təkliflərlə bağlı isə mövsümün sonunda qərar verəcəyini bildirib.