Ansu Fati "Barselona"nı tərk edir
"Barselona" klubunun oyunçusu Ansu Fati La Liqada komandasını dəyişə bilər.
Sportline.az "Relevo" nəşrinə istinadən xəbər verir ki, "Jirona" klubu ispaniyalı cinah hücumçusunu heyətinə qatmaq arzusundadır.
La Liqa təmsilçisi Fatini satınalma opsiyası ilə icarəyə götürməyi nəzərdə tutur. 22 yaşlı futbolçunun xidmətlərində "Valensiya" və "Sevilya" klubları da maraqlıdır.
Qeyd edək ki, Ansu Fati "Barselona" futbol akademiyasının yetirməsidir. İspaniya yığmasının üzvü cari mövsümdə Kataloniya klubunun heyətində 9 rəsmi oyunda meydana çıxıb.