Antoni: "Betis"ə gəlməklə düzgün qərar verdiyimi düşünürəm"
Müqavilə ilə "Mançester Yunayted"ə məxsus olan, icarə əsasında "Betis"də çıxış edən Antoni açıqlama verib.
Sportline.az xəbər verir ki, braziliyalı futbolçu "Betis"də xoşbəxt olduğunu bildirib:
"Sevilyada bir çox şeylər mənə Braziliyanı xatırladır. Günəş, yeməklər və insanlar... Braziliyalı biri üçün bunlar önəmlidir. "Mançester Yunayted"də çox şey öyrəndim və pis təcrübələr qazandım. Hər gün "Betis"ə gəlməklə düzgün qərar verdiyimi düşünürəm".
Qeyd edək ki, Antoni "Mançester Yunayted"ə "Ayaks"dan 100 milyon avroya transfer olunmuşdu.