Antonio Konte ingiltərəli futbolçunu heyətində görmək istəyir
"Mançester Yunayted"in ingiltərəli futbolçusu Luk Şou yanvar ayında klubdan ayrıla bilər.
Sportline.az "Napoli Calcio Live" saytına istinadən xəbər verir ki, "Napoli"nin italiyalı çalışdırıcısı Antonio Konte Luk Şounun xidmətində maraqlıdır.
İtaliya klubunun rəhbərliyi bu keçid üçün "Mançester Yunayted"ə 20 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Luk Şounun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.