Arauxo "Barselona"dan ayrılmaq istəyir
"Barselona"nın uruqvaylı futbolçusu Ronald Arauxo klubdan ayrılmaq qərarına gəlib.
Sportline.az insayder Fernando Polonun məlumatına istinadən xəbər verir ki, "Barselona"nın baş məşqçisi Hansi Flik Arauxonu klubda saxlamaq istəyir. Lakin Arauxo komandada qalmaq niyyətində deyil.
"Yuventus" 25 yaşlı müdafiəçi ilə yaxından maraqlanır. Turin klubu Arauxonu yanvar ayının sonuna qədər heyətinə qatmağı planlaşdırır. Tərəflər arasında ilkin razılıq əldə olunub.
Qeyd edək ki, R.Arauxonun "Barselona" ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub. O cari mövsüm 2 rəsmi matçda iştirak edib. Aktivində 1 məhsuldar ötürmə var.