Arauxo İtaliya nəhənginə transfer olacaq
"Barselona"nın uruqvaylı futbolçusu Ronald Arauxo karyerasını İtaliya A Seriyasında davam etdirəcək.
Sportline.az "Repubblica"ya istinadən xəbər verir ki, "Yuventus" Arauxonu icarə əsasında transfer edib.
Tərəflər arasında ilkin razılıq əldə olunub.
Qeyd edək ki, Arauxonun "Barselona" ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.