Arauxo üçün 100 milyon avro
"Liverpul" "Barselona"nın futbolçusu Ronald Arauxonu transfer etmək istəyir.
Sportline.az xəbər verir ki, İngiltərə təmsilçisi futbolçu üçün 100 milyon avro təklif edib. "Fichajes"də dərc edilən xəbərə görə, təklif "Barselona" tərəfinə təqdim edilib.
Xəbərdə deyilir ki, "Liverpul" transferi mövsümün sonunda reallaşdırmaq etmək istəyir. Mövsümün sonunda bir sıra futbolçuların "Liverpul"dan ayrıla biləcəyi deyilir.
Qeyd edək ki, "Barselona" Ronald Arauxo ilə 2030-cu ilə qədər yeni müqavilə imzalamışdı.