Araz Abdullayev məğlubiyyətə üzüldü

Türkiyə 1-ci liqasında 21-ci turun oyunları keçirilib.

Sportline.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin çıxış etdiyi “Boluspor” doğma meydanda “Giresunspor”la qarşılaşıb. Görüş qonaqların qələbəsi ilə başa çatıbı - 1:0.

Araz da bu görüşün iştirakçısı olub. O, matçın 65-ci dəqiqəsində meydana buraxılıb.

Qeyd edək ki, 21 oyundan sonra hesabında 19 xalı olan “Boluspor” 18 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.