Araz Abdullayevin komandası belə məğlub oldu

Kipr çempionatında 2-ci turun oyunları keçirilib.

Sportline.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Araz Abdullayevin də şərəfini qoruduğu “Etnikos” öz evində “Paeek” klubu ilə üz-üzə gəlib və məğlub olub – 1:3.
 
Araz start heyətdə oyuna başlayıb meydana çıxıb və 57-ci dəqiqədə əvəzlənib.
 
Hazırda xalı olmayan “Etnikos” 12 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.

Oyunun videoicmalını təqdim edirik: