"Araz Naxçıvan" Türkiyədə yoldaşlıq oyunu keçirib

Türkiyədə təlim-məşq toplanışında olan "Araz-Naxçıvan" növbəti yoxlama oyununu keçirib.

Sportline.az xəbər verir ki, Azər Bağırovun komandası toplanışda olduğu Ərzurumun seçmə komandası ilə qarşılaşıb.

Görüş qolsuz heç-heçə ilə nəticələnib. Tərəflər mayın 4-də yenidən üz-üzə gələcəklər. 

Qeyd edək ki, Region Liqası təmsilçisi ilk sınaq matçında "Yakutiyespor"a 4:1 hesabıyla qalib gəlib.