"Araz-Naxçıvan" klubunun futbolçusu əməliyyat olunub
"Araz-Naxçıvan" klubunun futbolçusu Karlos Jatoba əməliyyat olunub.
Sportline.az Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadla xəbər verir ki, yarımmüdafiəçi Türkiyənin İstanbul şəhərində axill tendon nahiyəsindən cərrahi müdaxiləyə ehtiyac duyub.
Türkiyə millisinin həkimi Berkin Toker tərəfindən aparılan əməliyyat uğurlu alınıb. Oyunçu avqustun 27-də Bakıya qayıdacaq.
Qeyd edək ki, yarımmüdafiəçi mövsümün ilk oyunu olan “Qarabağ”la matçda (1:4) forma geyinib.