"Araz-Naxçıvan" məşqçilərlə bağlı qərar verdi

"Araz-Naxçıvan" baş məşqçi Elmar Baxşıyevin köməkçiləri ilə müqavilə müddətini uzadıb.

Bu barədə Sportline.az-a klubun mətbuat xidmətindən məlumat verilib.

Rasim Ramaldanov, Ramiz Kərimov, Əfran İsmayılov və Todor Terzievlə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Naxçıvan təmsilçisi daha əvvəl Elmar Baxşıyevlə də yeni - 1 illik müqavilə imzalandığını açıqlamışdı.

Komanda onun rəhbərliyi altında 2024/2025 mövsümünü üçüncü pillədə başa vuraraq tarixində ilk dəfə UEFA Konfrans Liqasında iştirak etmək hüququ qazanıb.