“Araz-Naxçıvan”ın "Benfika" ilə cavab matçının vaxtı bilindi

“Araz-Naxçıvan”ın futzal üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində səfərdə keçirəcəyi oyunun məkanı və başlanma saatı müəyyənləşib.

Sportline.az xəbər verir ki, təmsilçimiz dekabrın 5-də “Benfika” ilə Lissabondakı “Pavilhao Fidelidade” Arenada üz-üzə gələcək.

Görüşün start fiti Bakı vaxtı ilə saat 21:30-da veriləcək. Arena 2400 azarkeş tutumuna malikdir.

Qeyd edək ki, bu komandalar arasında ilk qarşılaşma noyabrın 24-də, saat 20:00-da, Bakı İdman Sarayında keçiriləcək.