Araz oynadı, komandası heç-heçə etdi

Kipr çempionatında 4-cü turun oyunları keçirilib.

Sportline.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Araz Abdullayevin də çıxış etdiyi “Etnikos” səfərdə “Doxa” ilə qarşılaşıb. Arazın komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Abdullayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 50-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Etnikos” hazırda 1 xalla 12 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.