Arazın komandası məğlub oldu

Araz Abdullayevin çıxış etdiyi "Etnikos" Kipr çempionatında növbəti oyununu keçirib. 

Sportline.az xəbər verir ki, Axnas klubu "Anortosis"in qonağı olduğu görüşdə minimal hesabla uduzub - 1:2.

Millimizin sabiq üzvü keçmiş komandasına qarşı oyunda start heyətində yer alıb və matçı əvəzolunmadan keçirib. 

Qeyd edək ki, 3 turdan sonra xal qazana bilməyən "Etnikos" hazırda turnir cədvəlində 11-ci yerdə qərarlaşıb.