Arazın komandası növbəti mərhələdə
Kipr kubokunda 1/16 final mərhələsinə start verilib.
Sportline.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Araz Abdullayevin çıxış etdiyi “Etnikos” bu mərhələdə səfərdə aşağı liqa təmsilçisi “Axironas Liopetriu” ilə qarşılaşıb və 4:0 hesabı ilə qalib gəlib. Bu qələbə ilə komanda növbəti mərhələyə yüksəlib.
Araz bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.