Arda Gülər daha bir klubun hədəfində

"Fənərbağça"nın parlamaqda olan ulduzu Arda Gülər daha bir məşhur klubun hədəfindədir. 

Sportline.az "fanatik"ə istinadən xəbər verir ki, İngiltərənin "Nyukasl" klubu da 18 yaşlı futbolçunu transfer etməyə hazırlaşır. 

İngiltərəli skautların Super Liqanın bugün keçiriləcək "Fənərbağça" - "Ankaragücü" matçını izləmək üçün İstanbula gəldiyi bildirilir. 

Qeyd edək ki, hücumameylli yarımmüdafiəçi "Barselona", "PSJ", "Arsenal" və digər qitə nəhənglərinin maraq dairəsindədir.