Arda Gülər: "Hətta Madriddə ev almışam"

"Real Madrid"in futbolçusu Arda Gülərin klubdan ayrılacağı ilə bağlı mövzu səngimək bilmir.

Sportline.az xəbər verir ki, türkiyəli vinger növbəti dəfə bununla bağlı sualları cavablandırıb.

"Bu mövsüm 3 titul uğrunda mübarizə aparırıq. Şəxsən mən, hər oyunda komandamın qələbəsinə və qarşıya qoyulan məqsədlərə çatmaq üçün çalışıram. Klubdakı gələcəyimə gəldikdə, "Real"ın mənə verdiyi plan üzrə davam edirəm. Hətta, Madriddə ev də almışam. Komandanın azarkeşlərini sevirəm. Mənə göstərdikləri diqqət və dəstək üçün onlara minnətdaram. Mən bura oynamaq və komandanın bir parçası olmaq üçün gəlmişəm. Buna nail olacağıma inanıram", - deyə Arda "Marca"ya müsahibəsində bildirib.

Qeyd edək ki, Gülər 2023-cü ilin yayında "Fənərbağça"dan transfer olunub.