Arda milliyə qayıdır

"Barselona"nın futbolçusu - Arda Turan yenidən Türkiyə millisində çıxış edəcək. SportLine.az "Fanatik"ə istinadən xəbər verir ki, "ay-ulduzlular"ın yeni baş məşqçisi - Mirça Luçesku futbolçunun qərarını dəyişməyə müvəffəq olub.

"Barselona" - "Şapekoense" yoldaşlıq görüşündən öncə A.Turanla ilə görüşən rumıniyalı mütəxəssis xoşagəlməz hadisələri unutmağı məsləhət görüb. 

Qeyd edək ki, Arda Turan ilk dəfə 2006-cı ildə formasını geyindiyi Türkiyə millisində 97 oyun keçirib və 17 qola imza atıb.