Argentina millisinin futbolçuları paradı helikopterlə tərk etdilər

Argentina milli komandasının futbolçuları Buenos-Ayresdə keçirilən çempionat paradından helikopterlə uzaqlaşıblar.

Sprotline.az "TyC Sports"a istinadən xəbər verir ki, komandanın olduğu avtobus nəzərdə tutulan səfərin böyük hissəsini keçsə də, insanların çoxluğu səbəbindən Respublika meydanına getmək mümkün olmayıb.

Təhlükəsizlik məqsədilə marşrutun dəyişdirilməsinə qərar verilib. Futbolçular avtobusdan helikopterlə oranı tərk ediblər.

Millinin DÇ-2022-nin qalibi olmasını qeyd etmək üçün 4 milyona yaxın insan Buenos Ayres küçələrinə axışıb. Dekabrın 20-si rəsmi olaraq bayram günü elan edilib.