Argentinalı futbolçu karyerasını başa vurub
Argentinalı yarımmüdafiəçi Dieqo Perotti peşakar karyerasını bitirdiyini açıqlayıb.
Sportline.az Championat.com-a istinadla xəbər verir ki, son olaraq "Salernitana" forması geyinən oyunçu 36 yaşında futbolla vidalaşıb.
Karyerası ərzində "Sevilya", "Cenoa", "Boka Xuniors", "Roma" və "Fənərbağça"nın uğurları üçün çalışan Perotti 411 oyunda 58 qol vurub.
O, 2009-2010 mövsümündə "Sevilya" ilə Kral Kubokunun qalibi olub.
Qeyd edək ki, Perotti Argentina milli komandası ilə 5 oyun keçirib.