Argentinalı futbolçuya görə 70 milyon avro tələb edilib
"Napoli"nin yeni transfer hədəfi bəlli olub.
Sportline.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, "Mançester Yunayted"in argentinalı futbolçusu Alexandro Qarnaço karyerasını "Napoli"də davam etdirə bilər.
İngiltərə klubu Qarnaço üçün 70 milyon avro tələb edib.
Qeyd edək ki, 20 yaşlı futbolçunun "Mançester Yunayted"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
O cari mövsüm çıxış etdiyi 30 matçda 8 qol və 5 asistlə yadda qalıb.