Arif Əsədov: "Qarabağ" - "Qalatasaray" matçında nəticə önəmli deyil"

"Qarabağ" - "Qalatasaray" oyununda nəticə önəmli deyil".

Bunu Sportline.az saytına açıqlamasında Azərbaycan millisinin köməkçi məşqçisi, veteran futbolçu Arif Əsədov deyib.

O, bildirib ki, bu cür oyunların keçirilməsi alqışalayiqdir: "Mən bu cür oyunun keçirilməsini alqışlayıram. Burada nəticə önəmli deyil. Əsas odur ki, iki qardaş ölkənin komandaları qarşışalacaq. Həm siyasi, həm də idman baxımından öz töhfəsini verəcək. Zəlzələdə həlak olanlara Allahdan rəhmət diləyirəm. Qoy, bu oyunda azarkeşlərin sevinci, səs-küyü onların ruhunu şad etsin".

Banner