Arkadi Naydiç liderlə heç-heçə etdi

Almaniyada şahmat üzrə "GRENKE Chess Classic" turniri davam edir. SportLine.az xəbər verir ki, bu gün iştirakçılar 3-cü tur çərçivəsində münasibətləri aydınlaşdıracaqlar.

Azərbaycan təmsilçisi Arkadi Naydiç yarışın lideri Nikita Vityuqovla qarşılaşacaq. İki turdan sonra maksimum nəticə toplayan Rusiya şahmatçısı bu dəfə də qələbəyə iddialıdır. A.Naydiç isə ilk qələbəsini qazanmaq niyyətindədir.

Görüşlər Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.


02 aprel 2018
Şahmat, "GRENKE Chess Classic"
3-cü tur

Mattias Blübaum (Almaniya) ⚪ – ⚫ Maqnus Karlsen (Norveç) - 0,5:0,5
Georq Mayer (Almaniya) ⚪ – ⚫ Fabiano Karuana (ABŞ) - 0:1
Arkadi Naydiç (Azərbaycan) ⚪ – ⚫ Nikita Vityuqov (Rusiya) - 0,5:0,5
Vişvanatan Anand (Hindistan) ⚪ – ⚫ Levon Aronyan (Ermənistan) - 0,5:0,5
Hou Yifan (Çin) ⚪ – ⚫ Maksim Vaşye-Laqrav (Fransa) - 0:1

Turnir cədvəli:

1-2. Nikita Vityuqov (Rusiya) - 2,5
1-2. Maksim Vaşye-Laqrav (Fransa) - 2,5
3-5. Fabiano Karuana (ABŞ) - 2
3-5. Maqnus Karlsen (Norveç) - 2
3-5. Levon Aronyan (Ermənistan) - 2
6-8. Arkadi Naydiç (Azərbaycan) - 1
6-8. Vişvanatan Anand (Hindistan) - 1
6-8. Mattias Blübaum (Almaniya) - 1
9-10. Hou Yifan (Çin) - 0,5
9-10. Georq Mayer (Almaniya) - 0,5