Arkadi Naydiç Maqnus Karlsenə uduzdu

Almaniyada "GRENKE Chess Classic" turniri davam edir. SportLine.az xəbər verir ki, növbəti gündə iştirakçılar 7-ci tur çərçivəsində münasibətləri aydınlaşdıracaqlar.

Azərbaycan təmsilçisi Arkadi Naydiç dünyanın 1 nömrəsi, Maqnus Karlsenlə üz-üzə gələcək. Ötən gün ilk qələbəsini qazanan qrossmeysterimiz uğurun davamını gətirmək niyyətindədir.

Günün bütün görüşləri Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.


07 aprel 2018
GRENKE Chess Classic
7-ci tur

Arkadi Naydiç (Azərbaycan) ⚪ – ⚫ Maqnus Karlsen (Norveç) - 0:1
Vişvanatan Anand (Hindistan) ⚪ – ⚫ Georq Mayer (Almaniya) - 0,5:0,5
Hou Yifan (Çin) ⚪ – ⚫ Mattias Blübaum (Almaniya) - 0,5:0,5
Maksim Vaşye-Laqrav (Fransa) ⚪ – ⚫ Fabiano Karuana (ABŞ) - 0:1
Levon Aronyan (Ermənistan) ⚪ – ⚫ Nikita Vityuqov (Rusiya) - 0,5:0,5

Turnir cədvəli:

1. Fabiano Karuana (ABŞ) - 5
2-3. Nikita Vityuqov (Rusiya) - 4,5
2-3. Fabiano Karuana (ABŞ) - 4,5
4-5. Maksim Vaşye-Laqrav (Fransa) - 4
4-5. Levon Aronyan (Ermənistan) - 4
6. Mattias Blübaum (Almaniya) - 3,5
7-9. Arkadi Naydiç (Azərbaycan) - 2,5
7-9. Vişvanatan Anand (Hindistan) - 2,5
7-9. Hou Yifan (Çin) - 2,5
10. Georq Mayer (Almaniya) - 2