Arnold İspaniya nəhənginin təklifini rədd edib

"Barselona" "Liverpul"un ingiltərəli ulduz futbolçusu Trent Aleksander-Arnoldu heyətinə qatmaq istəyir.

Sportline.az xəbər verir ki, Kataloniya klubu Arnoldun meneceri ilə təmas halındadır. Lakin 26 yaşlı futbolçu "Barselona"nın təklifini qəbul etməyib. Bu haqda "Defensa Central" nəşri məlumat yayıb.

Arnoldun xəyalı "Real Madrid"də çıxış etməkdir. Oyunçu mövsümün sonunda Madrid klubuna transfer olacaq.

Qeyd edək ki, Trent "Liverpul"la yeni müqavilə imzalamaq niyyətində deyil.