"Arsenal" - "Bavariya": Düşərgələrdə son durum
Bu gün UEFA Çempionlar Liqasında son yarımfinalçılar müəyyənləşəcək.
Sportline.az xəbər verir ki, maraqlı görüşlərdən biri Almaniyada keçiriləcək.
İlk görüşdən 2-2 hesablı bərabərliklə ayrılan "Arsenal"la Bavariya komandaları bu dəfə Münhendə qarşı-qarşıya gələcəklər.
Matç öncəsi meydan sahiblərinin heyətinə ciddi itkilər var. Cəzalı Alfonso Deyvislə yanaşı Saşa Boey, Kinqsley Koman və Serj Qnabri zədə səbəbindən komandasına kömək edə bilməyəcək.
Londonluların heyətində isə yalnız Yulian Timber bu oyunu buraxmalı olacaq. Odeqar və Bukayo Sakanın isə oynayıb oynamayacağı sual altındadır.
Bu tərəflər arasındakı 14-cü rəsmi görüş olacaq. Buna qədər baş tutan 13 oyunda 7 dəfə "Bavariya", 3 dəfə isə "Arsenal" meydandan qalib ayrılıb. 3 oyunda isə bərabərlik qeydə alınıb.
Bakı vaxtı ilə saat 23:00-da start götürəcək matçı hollandiyalı Dani Makkeli idarə edəcək.