"Arsenal" brazilyalı futbolçusu ilə yollarını ayıracaq
"Arsenal"ın brazilyalı futbolçusu Jorjinyo klubdan ayrılmağa hazırlaşır.
Sportline.az jurnalist Julio Migel Netonun məlumatına istinadən xəbər verir ki, "Flamenqo" Jorjinyonu heyətinə qatmaq istəyir.
33 yaşlı futbolçunun "Arsenal"la müqaviləsi mövsümün sonunda başa çatacaq.
Qeyd edək ki, Jorjinyonun hazır ki dəyəri 10 milyon avrodur.
O cari mövsüm çıxış etdiyi 20 oyunda 1 asistlə yadda qalıb.
Jorjinyo karyerası ərzində "Verona", "Sambonifeyses", "Napoli" və "Çelsi" kimi klublarda çıxış edib.