"Arsenal" ispaniyalı ulduz futbolçu üçün hərəkətə keçib
"Atletik Bilbao"nun ispaniyalı futbolçusu Niko Uilyams karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "Arsenal" Niko Uilyams üçün "Atletik"ə 70 milyon avro ödəməyə hazırdır.
"Barselona"da N.Uilyamsla yaxından maraqlanır. 22 yaşlı futbolçunun "Atletik"lə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Uilyams bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 23 matçda 2 qol və 5 asistlə yadda qalıb.