"Arsenal" italiyalı futbolçu ilə maraqlanır

"Napoli"nin italiyalı futbolçusu Lorenzo Pelleqrini karyerasını "Arsenal"da davam etdirə bilər.

Sportline.az "La Repubblica"ya istinadən xəbər verir ki, "Arsenal" bu keçid üçün qarşı tərəfə 15 milyon avro təklif edib.

Baş məşqçi Mikel Arteta 28 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Qeyd edək ki, Pelleqrinin "Napoli" ilə müqaviləsi 2026-cı ilin iyun ayına başa çatacaq.