"Arsenal" "Mançester Siti"yə qarşı
İngiltərə Premyer Liqasında 24-cü turun mərkəzi matçı Londonda keçiriləcək.
Sportline.az xəbər verir ki, "Arsenal" "Emireyts Stadium"da "Mançester Siti" ilə münasibətləri aydınlaşdıracaq.
"Arsenal"da əsas itki Ben Vayt, Takehiro Tomiyasu, Bukayo Saka və Qabriel Jesusun adı ilə bağlıdır.
"Mançester Siti"də isə Oskar Bobb, Natan Ake, Ruben Diaş, Rodri və Jeremi Doku zədə səbəbindən oyunun iştirak ərzəsində yer almayıb.
Qeyd edək ki, start fiti 20:30-da başlanacaq "Arsenal" - "Mançester Siti" matçını Peter Banks idarə edəcək.