"Arsenal" ona yeni müqavilə təklif etməyib

"Arsenal" futbolçusu Aleksandr Lyakazettə yeni müqavilə təklif etməyib . 

Sportline.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. Bildirilib ki, 30 yaşlı hücumçunun London təmsilçisi ilə müqaviləsi 2022-ci ilin yayında başa çatsa da, klub onun gələcəyi ilə bağlı heç nə müzakirə etməyib. Hücumçu bu mövsüm iki dəfə meydana çıxın və İngiltərə Liqa Kubokunda "Vest Bromviç"lə matçda (6:0) qol vurub.

Qeyd edək ki, Lyakazett 2017-ci ildən "Arsenal"da oynayır.