"Arsenal" Saka ilə bağlı qərar verib

"Arsenal" ingiltərəli futbolçusu Bukayo Saka ilə bağlı qərar verib.

Sportline.az jurnalist Qari Yakobun məlumatına istinadən xəbər verir ki, London klubu Sakaya yeni müqavilə təklif edəcək.

23 yaşlı futbolçunun "Arsenal"la hazır ki müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Bukayo Saka bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 24 matçda 9 asist və 13 məhsuldar ötürmə müəllifi olub.