"Arsenal" yay transfer hədəflərini müəyyənləşdirdi

Londonun "Arsenal" klubu yay transfer pəncərəsi ilə bağlı planlarını açıqlayıb.

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, “topçular” iki mövqeni gücləndirmək niyyətindədir. Meydançanın mərkəzində və hücumun mərkəzində “yeni qan” gözlənilir.

Hər mövqe üçün bir transferin olub-olmayacağı, yaxud onlardan hər hansı birinə birdən çox yeni oyunçunun alınacağı məlum deyil.