"Arsenal"dan Zubimendi həmləsi
"Real Sosyedad"ın ispaniyalı futbolçusu Martin Zubimendi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az insayder David Ornşteynin məlumatına istinadən xəbər verir ki, "Arsenal" yay transfer pəncərəsi dövründə Zubimendini heyətinə qatmağı planlaşdırır.
26 yaşlı yarımmüdafiəçinin transfer qiyməti 60 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Zubimendinin "Real Sosyedad"la müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.