"Arsenal"ı "Napoli"yə dəyişəcək

"Arsenal"ın polşalı futbolçusu Yakub Kiviyor karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

Sportline.az "II Mattino" nəşrinə istinadən xəbər verir ki, "Napoli" Kiviyoru yanvar ayında heyətinə qatacaq.

İtaliya klubunun rəhbərliyi bu keçid üçün "Arsenal"a 25 milyon avro ödəyəcək.

Qeyd edək ki, Kiviyorun "Arsenal"la müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.