Artur Melo "Yuventus"u tərk edə bilər
"Yuventus"un brazilyalı futbolçusu Artur Melo yanvar ayında klubdan ayrılacağı gözlənilir.
Sportline.az insayder Canluka Di Marzionun məlumatına istinadən xəbər verir ki, "Valensiya", "Real Betis" və "Villareal" Melonun xidmətində maraqlıdır.
"Yuventus"un rəhbərliyi Artur Melo üçün 10 milyon avro tələb edir.
Qeyd edək ki, 28 yaşlı futbolçunun İtaliya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.