Artyom Dzüba RPL klubu ilə anlaşıb

Rusiya millisinin sabiq hücumçusu Artyom Dzüba karyerasını "Akron"da davam etdirəcək.

Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, 36 yaşlı futbolçu bu gün Tolyatti təmsilçisi üçün tibbi müayinədən keçəcək.

Xatırladaq ki, Dzüba bu ilin iyul ayından azad agent statusu daşıyır.

Son olaraq "Lokomotiv"də oynayan təcrübəli hücumçu paytaxt klubu ilə keçirdiyi 26 oyunda 4 qol vurub, 4 asist edib.

Qeyd edək ki, millinin heyətində 55 oyuna çıxan Dzüba aktivinə 30 qol yazdırıb.