Asensio: "Real Madrid" dünyanın ən böyük klubudur"
"Real Madrid"in ispaniyalı stoperi Raul Asensio jurnalistlərə müsahibəsində iddialı açıqlamaları ilə gündəmə gəlib.
Sportline.az insayder Fabritsio Romanonun paylaşımına istinadən xəbər verir ki, Asensio jurnalistlərə müsahibəsində bu fikirləri səsləndirib;
"Real Madrid" dünyanın ən böyük klubudur. Bunu heç kim inkar edə bilməz. Bu mövsüm bütün kuboklar uğrunda mübarizə aparırıq. "Real Madrid"də oynamaq mənə yuxu kimi gəlir", - deyə Asensio bildirib.
Qeyd edək ki, Asensio bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 41 matçda 2 asistlə yadda qalıb.