Asif Bağırov baş redaktor oldu
Bu gün "Topxana" qəzetinin 2-ci sayı işıq üzü görüb. SportLine.az xəbər verir ki, noyabrda qəzetin "siqnal" nömrəsi buraxıldıqdan sonra "Topxana" bu aydan etibarən həftənin II və V günləri mütəmadi olaraq satışa çıxarılacaq.
Qəzetdə "Topaz"ın proqramları və futbol statistikası yer alacaq. Qiyməti 50 qəpik olan “Topxana”nı qəzet köşklərindən və səyyar satış nöqtələrindən əldə etmək mümkündür.
Dərginin təsisçisi və baş redaktoru ANS-in keçmiş əməkdaşı Asif Bağırovdur.