Asim Xudiyev Türkiyə Prezidenti ilə görüşdü

Türkiyə prezidenti - Rəcəb Tayyib Ərdoğan Avropa Liqasının III təsnifat mərhələsində keçirilən "Fənərbaxça" - "Şturm Qrats" matçını canlı izləyib. SportLine.az türk mətbuatına istinadən xəbər verir ki, ölkə rəhbəri oyundan sonra klubun idarə heyəti, futbolçuları, hakim, hakim-inspektoru və UEFA nümayəndəsi ilə görüşüb.

Matçda hakim-inspektor funksiyasını Asi Xudiyev icra edib. 

Qeyd edək ki, ümui nəticədə rəqibini üstələyən "Fənərbaxça" pley-off mərhələsinə adlayıb.