Asim Xudiyevə yeni təyinat

Futbol üzrə beynəlxalq dərəcəli hakim-inspektor ​Asim Xudiyev növbəti təyinat alıb. 

Sportline.az  AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsinin ilk turunda Rumıniya "Styaua"sı ilə Çexiya "Viktoriya"sı arasında keçiriləcək oyunda iş başında olacaq. Görüş sentyabrın 14-də Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunacaq.