Asiya Çempionlar Liqasında yarımfinal mərhələsi start götürüb

Asiya Çempionlar Liqasının yarımfinal mərhələsi bugün keçirilən “Ulsan HD” – “Yokohoma F.Marinors” oyunu ilə başlanıb.

Sportline.az xəbər verir ki, yarımfinalın mərhələsinin ilk oyununda “Ulsan HD” doğma meydanda “Yokohoma F.Marinors”la qarşılaşıb.

Matç Cənubi Koreya təmsilçisinin 1-0 hesablı qələbəsi  ilə yekunlaşıb.

“Ulsan HD”nin qələbə qolunun müəllifi 19-cu dəqiqədə Li Donq-Qyonq olub.

Günün digər oyunuda “Əl Əin” “Əl Hilal”la qarşı qarşıya gələcək.

Bu matç saat 20:00-da start götürəcək.

Qeyd edək ki, cavab oyunları 23-24 aprel tarixlərində keçiriləcək.