Asiya kubokunun ev sahibi məlum oldu

2023-cü ildə Asiya kubokunun keçiriləcəyi ölkə müəyyənləşib.

Sportline.az Asiya Futbol Konfederasiyasının (AFC) rəsmi saytına istinadən xəbər verir ki, yarış iyun və iyul aylarında Qətərdə keçiriləcək.

İndoneziya və Cənubi Koreya da turnir üçün AFC-yə müraciət etsə də, müsbət cavab almayıb.

Daha əvvəl Çin Asiya kubokuna ev sahibliyindən imtina etmişdi.

Bu il noyabrın 20-dən dekabrın 18-dək Qətərdə dünya çempionatı da təşkil olunacaq.