"Aston Villa" transferə doymur

"Aston Villa"nın yeni tranfer hədəfi bəlli olub.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, "Paris Sen-Jermen"in ispaniyalı futbolçusu Marko Asensio "Aston Villa"nın transfer siyahısında yer alıb.

29 yaşlı futbolçunun hazır ki dəyəri "Transfermarkt" portalına görə 20 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Asensionun PSJ ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.

O cari mövsüm çıxış etdiyi 16 oyunda 2 qol və 4 asistlə yadda qalıb.