"Aston Villa"dan Arda həmləsi

"Real Madrid"in türkiyəli futbolçusu Arda Güler karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az "Marca" qəzetinə istinadən xəbər verir ki, "Aston Villa" Ardanı transfer etmək üçün hərəkətə keçib.

20 yaşlı yarımmüdafiəçinin "Real"la müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Arda Gülerin hazır ki dəyəri "Transfermarkt" portalına görə 45 milyon avro olaraq qiymətləndirilir.

O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 30 matçda 3 qol və 5 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, Arda Güler 2023-cü ilin yayında "Fənərbağça"dan "Real Madrid"ə 20 milyon avro qarşılığında transfer olmuşdu.