"Aston Villa"nın gözü "Betis"in ulduzuna düşüb

"Aston Villa"nın yeni transfer hədəfi bəlli olub.

Sportline.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, Birmingem klubu "Real Betis"in ispaniyalı futbolçusu İskonu heyətinə qatmağı düşünür.

32 yaşlı futbolçunun hazır ki dəyəri "Transfermarkt" portalına görə 6 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, İskonun "Real Betis"lə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 19 matçda 9 qol və 5 məhsuldar ötürmə müəllifi olub.