“Aston Villa”nın iştahı böyükdür

“Çelsi”nin portuqaliyalı futbolçusu Joao Feliks karyerasını “Aston Villa”da davam etdirməyə yaxındır.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, Birmingem klubu Feliksi icarə əsasında heyətinə qatmaq istəyir.

25 yaşlı futbolçunun “Çelsi” ilə müqaviləsi 2030-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, “Aston Villa” qış transfer pəncərəsi dövründə “Dortmund”dan Donyel Maleni, “Paris Sen-Jermen”dən Marko Asensionu, “Mançester Yunayted”dən isə Markus Reşfordu heyətinə qatıb.