“Atalanta” ingiltərəli futbolçu ilə anlaşıb
“Everton”un ingiltərəli futbolçusu Dominik Kalvert-Luyin karyerasını “Atalanta”da davam etdirəcək.
Sportline.az “The Sun Football”a istinadən xəbər verir ki, “Atalanta” Kalvert Luyin üçün rəsmi təklif göndərib.
Mersisayd klubu bu keçid üçün qarşı tərəfə 25 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Kalvert Luyin bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 19 matçda 2 qol və 1 asistlə yadda qalıb.